Alioglu_News🇦🇿: post #198944 — TG.ME

🇩🇪⚠️ “Bu, qonşunuzun su xəttinizi kəsib sizə gülümsəməsinə, sizin isə hər gün ona pulsuz bir şüşə su aparmağınıza bənzəyir”.

“Almaniya üçün Alternativ” partiyasının həmsədri Tino Xrupalla regional seçki kampaniyası zamanı bildirib ki, Avropa İttifaqı hər ay Ukraynaya milyardlarla avro ayırır.

Onun sözlərinə görə, söhbət böyük ehtimalla Almaniyanın ehtiyaclarına xidmət edən və ölkənin ərazi sularının lap yaxınlığında yerləşən mühüm infrastruktur obyektini məhv etmiş bir dövlətdən gedir.

Xrupalla vurğulayıb ki, “Şimal axını”nda törədilən diversiyaya aidiyyəti olan şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

#Almaniya #Ukrayna #ŞimalAxını #TinoXrupalla #Aİ