🇫🇷⚠️ Fransada cinayətkar qruplaşmanın Kilian Mbappeni oğurlamağı planlaşdırdığı bildirilir.
Fransada həbsdə saxlanılan 18 yaşlı dəstə başçısı 26 nəfərə qarşı hücum təşkil etməyi planlaşdırmaqda şübhəli bilinir. Cinayətkarların telefonlarında aşkarlanan məlumatlar arasında iş adamlarının, məşhur reperin və Madrid “Real”ının futbolçusu Kilian Mbappenin ünvanları da olub.
Le Parisien-in məlumatına görə, şübhəli daha əvvəl narkotiklərlə bağlı cinayətlərə və zor tətbiq etməklə törədilən quldurluğa görə məhkum edilib.
İstintaq müəyyən edib ki, o, həbsdə olduğu müddətdə də Snapchat tətbiqindən istifadə edərək cinayət şəbəkəsini idarə etməyə davam edib.
#Fransa #Mbappe #RealMadrid #Cinayət #LeParisien

September 3, 2026 124