Almaniya hökuməti Rusiyanı Leypsiq hava limanına hücumda ittiham… — Alioglu_News🇦🇿 — TG.ME

🇩🇪🇷🇺“Almaniya hökuməti Rusiyanı Leypsiq hava limanına hücumda ittiham edir”: Berlin rusiyalı diplomatları Almaniyadan çıxarmağı planlaşdırır.

“Almaniya hökuməti avqustun əvvəlində Leypsiq/Halle hava limanında terror aktına cəhdə görə ilk dəfə birbaşa Rusiya xüsusi xidmət orqanını məsuliyyətə cəlb etmək niyyətindədir. Cavab tədbiri kimi Berlin Almaniyada Rusiya strukturlarına qarşı yeni məhdudiyyətləri nəzərdən keçirir.

Mümkün tədbirlər arasında rusiyalı diplomatların ölkədən çıxarılması və Rusiyanın Bonnda fəaliyyət göstərən son baş konsulluğunun bağlanması var.

Berlindəki Rus Evinin gələcək taleyi də ayrıca müzakirə olunur. Rəsmi olaraq bu qurum mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir, lakin Almaniya tərəfi onun Rusiya xüsusi xidmət orqanları tərəfindən istifadə oluna biləcəyini iddia edir.

Bununla yanaşı, Almaniya hələlik məsələni NATO-nun 4-cü maddəsi üzrə məsləhətləşmələrə çıxarmağı planlaşdırmır. Xarici işlər naziri Yohann Vadeful bildirib ki, reaksiya ölçülü-biçili olacaq, lakin ölkəyə hücum baş verəcəyi təqdirdə cavab veriləcək”.

#Almaniya #Rusiya #Berlin #Leypsiq #Diplomatiya
September 2, 2026 243