🇸🇾⚔️İsrailin dəstəklədiyi dürzi silahlı birləşmələri Süveyda bölgəsində Suriya qüvvələrinin mövqelərinə hücum edib.
▪️Dürzilərin “Milli Qvardiya” silahlıları gecə saatlarında Süveydanın qərb və şimal-qərbində Suriya daxili təhlükəsizlik qüvvələrinin mövqelərinə eyni anda bir neçə istiqamətdən genişmiqyaslı hücuma başlayıblar. Toqquşmalar Təl-Hədid, Valğa, Əl-Mənsura rayonlarında, həmçinin Əl-Nəql - Əl-Mənsura istiqamətində baş verib. Suriya təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı yaralanıb, hücum zamanı pilotsuz uçuş aparatından da istifadə olunub.
▪️“Milli Qvardiya” İsraillə əlaqələrini açıq şəkildə dəstəkləyir. Birləşmənin nümayəndəsi daha əvvəl onların “İsraillə daimi təmasda” olduğunu təsdiqləyib. Qurumun lideri Hikmət əl-Hicri isə İsrailin hərbi müdaxiləsini alqışlayıb və dürzi icmasının İsrailə bağlı olduğunu bəyan edib.
▪️İsrail özü də dəfələrlə Suriya hökumət qüvvələrinə, o cümlədən Dəməşqdə Müdafiə Nazirliyinin binasına zərbələr endirib və Suriya ordusunun Süveydaya daxil olmamasını tələb edib. İsrail qüvvələri Suriyanın cənubunda, o cümlədən Qüneytrə və Dəra bölgələrində quru və artilleriya əməliyyatlarını davam etdirir.
#Suriya #İsrail #Dürzi #Süveyda #YaxınŞərq

September 2, 2026 178