🇹🇷🛡Ərdoğan: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ittifaqı regionun təhlükəsizliyini gücləndirəcək.
▪️Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Səudiyyə Ərəbistanı və Pakistanla birgə yaradılan “Məkkə Müdafiə Alyansı” region ölkələrinin məsuliyyəti və kollektiv çəkindirmə prinsipi əsasında regional və qlobal sülhə, eləcə də sabitliyə mühüm töhfə verməlidir.
▪️Ərdoğan regional təhlükəsizlik məsələsindən danışarkən Qəzza və Livandakı vəziyyətə də toxunub.
“Sülhdən danışarkən İsrailin hücumları nəticəsində qadın və uşaqlar da daxil olmaqla 74 min insanın həlak olduğu Qəzzanı, eləcə də Livanı unutmaq olmaz. Bütün region bu aqressiv siyasətin bədəlini ödəyir”, - Türkiyə Prezidenti bildirib.
#Türkiyə #Ərdoğan #SəudiyyəƏrəbistanı #Pakistan #Qəzza
September 2, 2026 221