🇨🇳✂️Çin məktəblərində girişdə şagirdlərin saç düzümləri yoxlanılıb, qaydalara uyğun gəlməyənlər isə elə məktəbin qapısı qarşısında saçlarını kəsdirməyə göndərilib.
İnçuan şəhərində iki məktəbdə yeni tədris ilinin əvvəlində saç düzümlərinə qoyulan sərt tələblər mübahisəyə səbəb olub. Müəllimlər girişdə şagirdləri yoxlayıb, saçları qaydalara uyğun olmayanları məktəbə buraxmayıblar.
Bəzi valideynlər təcili şəkildə bərbər axtarmağa məcbur olublar. Hətta məktəblərin girişində müvəqqəti saç kəsimi məntəqələri yaradılıb.
Qaydalara əsasən, oğlanların saçı qaşları və qulaqları örtməməli, yaxalığa toxunmamalıdır. Qızlarda qısa saç boyuna çatmamalı, uzun saç isə quyruq şəklində yığılmalıdır.
Bütün şagirdlərə saç boyamaq və kimyəvi buruq etdirmək qadağandır. Oğlanların başını tam qırxdırması üçün isə məktəbin icazəsi tələb olunur.
İnçuan şəhər Təhsil İdarəsi məsələni araşdırdığını bildirib. Hüquqşünaslar isə hesab edirlər ki, məktəblər şagirdlərin xarici görünüşünə görə onların təhsil almaq hüququnu faktiki şəkildə məhdudlaşdırmaqla təhsil haqqında qanunu pozurlar.
#Çin #Məktəb #Təhsil #İnçuan #Şagirdlər

September 2, 2026 232