🇹🇭⚓️Tailandın Pattaya şəhərinin polisi çərşənbə günü göyərtəsində 5 min dənizçinin olduğu USS Abraham Lincoln aviadaşıyıcısının gəlişi ərəfəsində fahişəliyə qarşı mübarizəni gücləndirib, - Independent yazır.
Aviadaşıyıcı İranla münaqişə səbəbindən Yaxın Şərqə yönləndirilib. Dənizçilər rekord sayılan 200 günü dənizdə keçiriblər.
Uzunmüddətli səfər fonunda gəmidə intihara cəhdlər və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin pisləşməsi barədə məlumatlar yayılıb.
Vyetnam müharibəsi dövründə hərbçilər arasında məşhur olan Pattaya isə aviadaşıyıcının gəlişindən iqtisadi canlanma gözləyir.
#Tailand #Pattaya #USSAbrahamLincoln #ABŞ #Independent

September 2, 2026 102