🪥📱Dyson kameralı və dişlərin arasını təmizləyən sistemlə təchiz edilmiş ağıllı diş fırçasını təqdim edib.
Başlıqdakı sensor dişlər arasındakı boşluqları müəyyən edir və həmin nahiyələrə təzyiq altında ağız yaxalayıcı maye püskürdür. Şirkət bunun effektivliyinin diş sapı ilə təmizləməyə bərabər olduğunu bildirir.
CameraJet funksiyası isə görüntünü real vaxt rejimində smartfona ötürə bilir. Bunun sayəsində istifadəçi dişlərin təmizlənməsi prosesini ekrandan izləyə bilər.
Cihazın qiyməti 43 500 rubl, yəni 499 dollardır.
#Dyson #Texnologiya #DişFırçası #CameraJet #Qadcet
September 2, 2026 68



