Ermənistan: son saatların xəbərləri 🚔 İrəvanda iri narkotik… — Alioglu_News🇦🇿 — TG.ME

Ermənistan: son saatların xəbərləri

🚔 İrəvanda iri narkotik partiyası aşkarlanıb. Rubinyants küçəsində üç gənc saxlanılıb. Onların istifadə etdiyi avtomobildə aparılan axtarış zamanı təxminən 10 kiloqram marixuanaya bənzər maddə tapılıb. Cinayət işi üzrə istintaq davam edir.

🔨 İrəvanda kütləvi dava iki nəfərin xəstəxanaya düşməsi ilə nəticələnib. Davitaşen rayonunda gənclər arasında qarşıdurma zamanı beysbol dəyənəyindən istifadə edildiyi bildirilir. Polis hadisə iştirakçılarını müəyyənləşdirir.

⚖️ Mikael Arzumanyanın həbs qətimkan tədbiri yenidən dəyişdirilib. On aylıq ev dustaqlığından sonra məhkəmə onu inzibati nəzarətə buraxıb. Arzumanyan həftədə bir dəfə probasiya xidmətində qeydiyyatdan keçməlidir.

🚨 Ev dustaqlığında olan 25 yaşlı kriminal qrup üzvü yenidən saxlanılıb. İstintaq onun narkotik vasitələrin dövriyyəsi və kriminal əlaqələrin koordinasiyası ilə məşğul olduğunu iddia edir. Şübhəlinin həbsdə olan şəxslərlə də əlaqə saxladığı bildirilir.

🏫 Ermənistanda 229 məktəbin fəaliyyəti ətrafında mübahisə yaranıb. Müxalifət nümayəndəsi Edqar Kazaryan həmin məktəblərdə yeni tədris ilinin normal başlamadığını iddia edib. Hakimiyyətin təhsil siyasəti yenidən siyasi polemikanın mövzusuna çevrilib.

🎒 Birinci sinfə gedəcək uşaqların sayı açıqlanıb. Yeni tədris ili üçün Ermənistan üzrə təxminən 33 min uşağın birinci sinfə qeydiyyatdan keçirildiyi bildirilir.

👮 Məktəblərin ətrafında polis nəzarəti gücləndirilib. Yeni dərs ilinin başlanması ilə əlaqədar polis sentyabrın 11-dək məktəblər və yaxın küçələrdə gücləndirilmiş rejimdə xidmət aparacaq.

🪖 Ordudakı qeyri-döyüş itkiləri yenidən gündəmə gəlib. Müxalif “Güclü Ermənistan”ın nümayəndəsi Qohar Meloyan 2018-ci ildən bəri 460 hərbçinin qeyri-döyüş şəraitində öldüyünü bildirib. Bu rəqəm müxalifətin təqdim etdiyi statistikadır.

🏛 Müxalifət siyasi həbslərlə bağlı ittihamlarını sərtləşdirib. Deputat Mesrop Manukyan müxalifət liderlərinin həbsini siyasi təzyiq vasitəsi adlandırıb. Hakimiyyətə qarşı repressiya ittihamları daxili siyasi gündəmdə qalır.

⚖️ Keçmiş maliyyə naziri Qagik Xaçatryan ətrafında hüquqi qalmaqal davam edir. Ona qarşı yeni cinayət təqibi başlanması və həbs məsələsi Ermənistan mediasında gecə saatlarında da ən çox müzakirə edilən daxili mövzulardan olub.

🔥 Şirakda qaz təchizatı dayandırılacaq. Axuryanın bir sıra küçələrində planlı texniki işlər səbəbindən bu gün bir neçə saat ərzində qaz verilişində fasilə olacaq.

🔥 Tavuşda da abonentlər qazsız qalacaq. Qanzakar yaşayış məntəqəsində şəbəkədə aparılan işlərə görə qaz təchizatının gün ərzində müvəqqəti dayandırılması nəzərdə tutulub.

💡 İrəvanda elektrik kəsintiləri gözlənilir. Mərkəz, Davitaşen və Malatiya-Sebastiya rayonlarının bir sıra ünvanlarında planlı təmir səbəbindən işıq müəyyən saatlarda verilməyəcək.

🚗 İrəvanda daha bir küçədə dayanma qaydası dəyişir. Zoryan küçəsinin müəyyən hissəsində avtomobillərin saxlanmasına məhdudiyyət tətbiq olunur. Dəyişiklik şəhər mərkəzində nəqliyyat axınının tənzimlənməsi ilə əlaqələndirilir.

Ermənistanda hava kəskin dəyişə bilər. Ayrı-ayrı bölgələrdə qısamüddətli yağış, şimşək, dolu və güclü külək proqnozlaşdırılır. İrəvanda küləyin sürətinin bəzi saatlarda saniyədə 18–23 metrədək yüksələcəyi gözlənilir.
September 2, 2026 215 1