Netanyahu 7 oktyabr hadisələri barədə bildirib ki, hücum təhlükəsi… — Alioglu_News🇦🇿 — TG.ME

🇮🇱📢 Netanyahu 7 oktyabr hadisələri barədə bildirib ki, hücum təhlükəsi ilə bağlı çoxsaylı əlamətlər olsa da, onu oyatmayıblar və məlumatlandırmayıblar.

“Onlar mənim nə edəcəyimi çox yaxşı bilirdilər. Bilirdilər ki, Hərbi Hava Qüvvələrini dərhal hərəkətə gətirəcəyəm, bütün İsrail Ordusunu (SAXAL) ayağa qaldıracağam və heç kimin hasarlara yaxınlaşmasına imkan verməyəcəyəm - onları dərhal məhv edəcəkdik”.

“İctimaiyyət bunu bilmir, amma hücumun baş verəcəyini göstərən çoxlu, çoxlu əlamətlər var idi”.

“Baş Qərargah rəisi Herzi Halevi bunu bilirdi, Şin Bet rəhbəri Ronen Bar bunu bilirdi, Hərbi Kəşfiyyatın rəhbəri olan Haliva da bunu bilirdi”.

“Belə vəziyyətdə edilməli olan ən aşkar şey Baş naziri oyatmaq idi, amma məni oyatmadılar”.

“Əgər məni oyatsaydılar, hər şey tamam başqa cür olardı. 7 oktyabrın hekayəsi də məhz budur. Hekayə budur”.

#İsrail #Netanyahu #7Oktyabr #SAXAL #Qəzza
September 1, 2026 116