🇮🇱🇵🇸 Qəzza zərbələr altındadır, İordan çayının qərb sahilində isə reydlər davam edir: İsrail fələstinlilərə hücumları davam etdirir.
▪️ Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, Deyr əl-Bəlah və Xan Yunisə endirilən İsrail hava zərbələri nəticəsində biri üç yaşlı uşaq olmaqla dörd nəfər həlak olub. Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, sektorda minlərlə ailə hələ də itkin düşmüş yaxınlarının taleyindən xəbərsizdir, bəzilərinin axtarışı artıq üç ilə yaxındır davam edir.
▪️ İordan çayının qərb sahilində Ramallah bölgəsində baş verən hücum zamanı dörd fələstinli güllə yarası alıb. İsrail xüsusi təyinatlıları Nablusa da daxil olub, burada yaralananların və aparılan gənclərin olduğu bildirilir. İsrail mediası yazır ki, Netanyahu başda olmaqla hökumət nümayəndələri seçkilərdə əlavə səs qazanmaq ümidi ilə İordan çayının qərb sahilində iğtişaşları qızışdırmağa çalışırlar. Smotriç isə işğal olunmuş ərazidə 40 abidənin sökülməsi barədə orduya əmr verməsi üçün Netanyahuya 24 saat vaxt verib.
▪️ “Sülh Şurası”nın rəhbəri Nikolay Mladenov bildirib ki, Qəzza üzrə yol xəritəsi İsrailin öhdəliklərindən və region ölkələrinin dəstəyindən başlayır. Müharibə nəticəsində dağıdılmış Qəzza gələcək Fələstin dövlətinin bir hissəsidir. Yaxın aylarda sabitləşdirmə qüvvələrinin gəlməsi gözlənilir, lakin Türkiyə onların tərkibində yer almayacaq.
▪️ ABŞ-da Kaliforniya məhkəməsi Fələstinə dəstək verdiklərinə görə xarici tələbələrin deportasiyasını Konstitusiyaya zidd hesab edib. Amerikalı professor Con Mirşaymer bildirib ki, Nürnberq məhkəmələrinə bənzər proseslər keçirilsəydi, Co Bayden, ABŞ prezidenti Donald Tramp və onların yüksək vəzifəli köməkçiləri Qəzzadakı soyqırıma dəstək verdiklərinə görə asılmağa məhkum edilərdilər.
#İsrail #Fələstin #Qəzza #QərbSahili #Netanyahu
September 1, 2026 155