Alioglu_News🇦🇿: post #198659 — TG.ME

🇷🇺🌍 Rusiya Xarici Kəşfiyyat Xidmətinin polkovniki, MDBMİ-nin professoru Bezrukov Rusiyanın gələcəkdə daha çox resursa sahib olacağını bildirib:

“Biz özümüzü dərk etməliyik... Biz həmişə güc mərkəzi olmuşuq, amma anlamalıyıq ki, biz özümüzdən başqa heç kimə lazım deyilik. Qalan hər kəs üçün biz sadəcə ələ keçirmək istədikləri nəhəng, zəngin resurs parçasıyıq. Çünki o, həddindən artıq yaxşı və zəngindir.

Torpaq baxımından da belədir, üstəlik təbiətimiz dəyişəcək. Bizim daha çox münbit torpağımız olacaq. Hətta Tver vilayətində üzüm yetişəcək. Və sair. Bu, sadəcə bir haşiyə idi.

Yəni bizə elə bir elita lazımdır ki, həm iqtisadi, həm də siyasi baxımdan özünü Rusiyanın sahibi kimi dərk etsin”.

#Rusiya #Bezrukov #Resurslar #İqtisadiyyat #Siyasət