Sosial şəbəkələrdə “feromonların maksimumlaşdırılması” adlanan qeyri-adi trend populyarlıq qazanır. Gənclər və yeniyetmələr bədənin təbii qoxusunun onları potensial partnyorlar üçün daha cəlbedici edə biləcəyini düşünərək görüşdən əvvəl bilərəkdən duş qəbul etmir və dezodorantdan istifadə etmirlər.
Trendin tərəfdarları hesab edirlər ki, dərinin və tərin təbii qoxusunun daha da güclənməsinə imkan vermək guya romantik partnyoru cəlb etməyə kömək edə bilər.
Ən çox kişilər potensial partnyorla görüşdən əvvəl adətən qəbul etdikləri duşdan imtina edir və dezodorant işlətmirlər. Bəziləri isə daha da irəli gedərək uzun müddətdir yuyulmamış paltar geyinirlər.
#Zumerlər #Trend #Feromonlar #SosialŞəbəkələr #Gənclər

