Torpaq yalnız ərzaq istehsalının mənbəyi deyil, həm də ekosistemlərin davamlılığını, təbii tarazlığı və insanların rifahını təmin edən həyati resursdur. Bitkilərin böyüməsi, su dövranının tənzimlənməsi, karbonun saxlanılması və biomüxtəlifliyin qorunması torpağın sağlamlığından birbaşa asılıdır.
Dünyada istehsal olunan ərzağın 95 faizindən çoxu birbaşa və ya dolayı yolla torpaqla əlaqəlidir. Bu gün antropogen fəaliyyət və iqlim dəyişikliyi torpaq ehtiyatlarına təzyiq göstərir. Eroziya, çirklənmə, düzgün olmayan istifadə torpağın strukturunu və münbitliyini zəiflədir. Nəticədə torpağın su saxlama və infiltrasiya qabiliyyətini azaldır, bitkilərin qida elementlərini mənimsəməsini zəiflədir.
Səmərəli torpaq idarəetməsi eroziyaya və çirklənməyə qarşı mübarizə aparır, torpağın bioloji müxtəlifliyini qoruyur, münbitliyi artırır, iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.
Torpağın qorunması yalnız mütəxəssislərin və fermerlərin deyil, hər birimizin məsuliyyətidir. Torpağa münasibətdə bu gün atdığımız addımlar sabahın ekoloji və sosial rifahını müəyyən edir.
September 2, 2026 35