BU GÜNKÜ SINAQ SUALLARI
1. Qaraciyər sirrozunda qanda artır - qamma qlobulin
2. Haemophilus çöplərinin törətdiyi pnevmoniyada ilk seçim preparatı – amoksisillin
3. Şarko-Leyden kristalları, Kurşman spiralları olan bəlğəm – bronxial astma
4. Öd diskineziyasının hiperkinetik formasına aid olan düzgünlər - sağ qabırğaaltında tutmaşəkilli ağrı, öd kisəsinin tonusunun artması, diareya, girdə forma
5. Sianoz əmələ gətirən və əmələ gətirməyən anadangəlmə ürək qüsurları:
Sianozsuz - çəpər defektləri, botal axacağın açıq qalması
Digərləri - sianotik
6. Kera simptomu müsbət, sağ qabırğaaltı nahiyədə ağrı, qızdırma – kəskin xolesistit
7. Böyüklərdə əmələ gələn KRDS-ə aid səhv cavab – sol qulaqcıqda təzyiq artır
8. Dilatasion kardiomiopatiya zamanı ən çox EKQ əlaməti – sol Hiss dəstəsinin ayaqcığının blokadası
9. Mitral çatışmazlıq zamanı hansı olmaz – Qrexem Stil küyü
10. Kəskin diffuz miokarditə aid olmayan – yüksək voltajlı R dişləri (mədəcik hipeRtrofiyalarında olar)
11. Pankreatitə aid olmayan simptom – Merfi simptomu
12. Hədəfəbənzər hüceyrə, retikulositoz, HbF artıb, HbA demək olar ki, yoxdur – β-talassemiya major (böyük talassemiya)
13. Qıcıqlanmış bağırsaq sindromunda ola bilər - meterorizm (digərləri həyəcanverici əlamətlər idi, malabsorbsiya daxil)
14. Miokard infarktının ən kəskin dövrünə aiddir - hündür T dalğası, daha sonra ST elevasiya
15. Kəskin revmatik qızdırmanın böyük kritariyalarına aid deyil - qızdırma
16. Şereveski-Turnerə aid deyil - kişi cinsi
17. Uşaqlardakı bronxial astmaya aid deyil - inspirator təngnəfəslik
18. Öd turşusu və QSİƏP səbəb olur - C tip (reaktiv) qastrit
19. Kronda HLA-B27 geni ilə əlaqəli bağırsaqdan kənar əlamət - Ankilozlaşdırıcı spondiloartrit
20. Böyrək amiloidozu və lipoid nefrozun differensasiyası aparıla bilər - USM (amiloidozda böyrək kiçilmir), biopsiya (hər ikisində dəyişiklik olur), metilen abısı
21. Xroniki mieloid leykozun terminal mərhələsində müşahidə edilmir - trombositoz (terminal mərhələnin KML kimi olduğunu unutmayın)
22. Fol turşusu defisiti üçün doğrudur - Formiminoglutamat (FIGLU) artışı
23. Hemofiliya A - VIII faktor çatışmazlığı
24. Hipokalemik alkaloz müşahidə edilir - Bartter sindromu
25. Axalaziya üçün xarakterik deyil - mədədə qaz qabarcığı (udulan hava mədəyə keçmir)
26. İdiopatik fibrozlaşan alveolit üçün xarakterik deyil - şəffaflığın artması (emfizema, AXOX, pnevmotoraksda olur)
27.Fe defisitli anemiyaya aiddir:
Mikrositoz və sərbəst tranferrin artışı
28. Metabolik sindroma aid deyil - leptinin azalması (Leptin ↑ → piylənmə və metabolik sindrom)
Digər bəndlər: xolesterin artışı, HDL azalması, hiperinsulinemiya
29. Xroniki pielonefrite aid deyil -
Hiperstenuriya (poliuriyada xüsusi çəki azalır)
30. Həqiqi polistemiya haqqında yanlışdır - eritropoetin artır, hematokrit azalır, leykopeniya
31. Kəskin poststreptokk qlomerulpnefrit üçün yanlışdır - komplement artır
32. Səs titrəməsi azalır - emfizema, pnevmotoraks, piylənmə
Səs titrəməsi artır - Krupoz pnevmoniya, ağciyər infarktı
33. Burun axıntısı, təkrarlayan sidikdə hematuriya aşkarlanır. Müayinədə ANCA müsbətdir - Veqener qranulomatozu
34. Bronxoektaziya üçün xarakterik deyil - xilyoz maye
35. Hipoqlikemiya üçün xarakterikdir - soyuq tər, taxikardiya
36. EKQ müayinəsi - AV blokada 2:1 nisbət
37. Sidiyə tünd rəng verə bilər - mioqlobin
38. Hemorragik vaskulitdə xarakterik deyil - qanqusma (Vaskulit əsasən nazik bağırsağın damarlarını zədələyir.
Buna görə qanaxma daha çox aşağı mədə-bağırsaq traktında olur. Kitabda yazıldığı kimi, qanlı diareya və qarın ağrısı olur)
39. İkincili hiperparatireoz səbəbi - xroniki böyrək çatışmazlığı
40. Qalxanabənzər vəzin həcmi - 18 ml (2021-ci ildə düşən sualın eynisi)
41. Prolaktinomada əməliyyat - Transsfenoidal adenomaktomiya (hipofiz şişlərində ümumi müalicə prinsipidir)