elə_beləsi Qulağı yerə dayayanda, fırtına atlarının ayaq səsini… — dil ocağı — TG.ME

#elə_beləsi


Qulağı yerə dayayanda, fırtına atlarının ayaq səsini eşitmək olar;


Fırtınadan öncə hava bürkü (boğuntulu) eləcə də ortalıq səssiz olar.
Çoxları bu durumdan inciyib bezərlər. Ancaq fırtına gəldiğində yıxıb dağıdar, çox kəz (dəfə, vaxt) də yaş da quru oduna yanar.

Nə isə fırtınadan itkili çıxmamaq üçün, öncədən anıqlı (hazırlıqlı) olmaq gərəkir...

***

#ائله_بئله‌سی


قۇلاغی یئره دایایاندا، فؽرتینا آتلاری‌نین آیاق سسینی ائشیتمک اوْلار؛


فؽرتینادان اؤنجه هاوا بۆرکو (بـوْغونتولو) ائله‌جه ده اوْرتالیق سس‌سیز اوْلار.
چـوْخلاری بۇ دۇرومدان اینجێییب بئزَرلر. آنجاق فؽرتینا گلدیگٖینده یؽخیب داغیدار، چـوْخ کز (دفعه، واخت) ده یاش دا قۇرو اوْدونا یانار.

نه ایسه فؽرتینادان ایتکیلی چؽخماماق اۆچون، اؤنجه‌دن آنیقلی (حاضیرلیقلی) اوْلماق گرَکیر...




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazalım       
  #Türkcəni_yayqınlaşdıralım
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
👍4
September 7, 2026 34