qısacıq_söz Sömürgəçi (istemarçı) Amerika ilə İsrailin birinci eləcə… — dil ocağı — TG.ME

#qısacıq_söz


Sömürgəçi (istemarçı) Amerika ilə İsrailin birinci eləcə də kəsəyol amacları, İran yönətimini (hükumətini) şaqqalayıb, sol qanadın əliylə sağ qanadı qırağa qoyaraq, istədikləri anlaşmayı gərçəkləşdirməkdir.
Nə isə ilkin amacları baş tutmasa, qısqıların artacağı öngörülür.

Bu üzdən, bu yaxınlarda anlaşmadan ya da barışdan (yarım barış) soraq yoxdur. İran içərisində isə bu gedişlə, gərgin durumun daha gərginləşməsinin olasılığı çox görünür.

Nə isə İranda iş başındakıların bu oyuna qarşı necə qarşılıq göstərəcəklərini gələcək göstərəcəkdir.


Umarım bu arada budun (mərdum) bundan artıq sıxıntıya düşməsin...

***

#قؽساجیق_سؤز


سؤمورگه‌چی (استعمارچی) آمئریکا ایله ایسراێیلین بیرینجی ائله‌جه ده کسه‌یـوْل آماجلاری، ایران یؤنَتیمینی (حۆکومتینی) شاققالاییب، سـوْل قانادین الی‌یله ساغ قانادی قؽراغا قـوْیاراق، ایسته‌دیکلری آنلاشمایی گرچکلشدیرمکدیر.
نه ایسه ایلکین آماجلاری باش تۇتماسا، قؽسقیلارین آرتاجاغی اؤنگؤرولور.

بۇ اۆزدن، بۇ یاخینلاردا آنلاشمادان یا دا باریشدان (یاریم باریش) سـوْراق یـوْخدور. ایران ایچَری‌سینده ایسه بۇ گئدیشله، گرگین دۇرومون داها گرگینلشمه‌سی‌نین اوْلاسیلیغی چـوْخ گؤرونور.

نه ایسه ایراندا ایش باشینداکیلارین بۇ اوْیونا قارشی نئجه قارشیلیق گؤستره‌جکلرینی گله‌جک گؤستره‌جکدیر.


اۇماریم بۇ آرادا بۇدون (مردۇم) بۇندان آرتیق سؽخینتی‌یا دۆشمه‌سین...



╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazalım       
  #Türkcəni_yayqınlaşdıralım
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
August 29, 2026 35