türkcə_deyim 📋 Başın sağ olsun. (Başın sağalsın.) 🔅 Anlam: 🔹… — dil ocağı — TG.ME

#türkcə_deyim


📋 Başın sağ olsun.

(Başın sağalsın.)


🔅 Anlam:

🔹 Açıqlama

Kaşğarlı sözlüğündə, "baş", yara anlamında da yazılıbdır:

bâş: yara.

Bu atasözündə də işlənib:

köni barır keyiknig közində adın bâşı yoq.
{Dümdüz gedən [heç bir qorxuya girməyən] geyiğin (ceyranın) gözündən başqa yarası yoxdur}

Əlbəttə gözün gərçək bir yara olmadığı bizim üçün aydındır.

Dolayısıyla, biri öldüğündə onun qalanlarına "başın/başınız sağ olsun" deyərkən, "yaranız sağalsın" gözdə tutulur (nəzərdə alınır).

***

#تۆرکجه_دئییم


📋 باشین ساغ اوْلسون.

(باشین ساغالسین.)


🔅 آنلام:

🔹 آچیقلاما

کاشغارلی سؤزلوگٖونده، "باش"، یارا آنلامیندا دا یازیلیبدیر:

باش: یارا.

بۇ آتاسؤزونده ده ایشله‌نیب:

کؤنی باریر کئییکنیگ کؤزینده آدین باشی یـوْق.
{دۆم‌دۆز گئدن [هئچ بیر قـوْرخویا گیرمه‌ین] گئییگٖین (جئیرانین) گؤزوندن باشقا یاراسی یـوْخدور}

البته گؤزون گرچک بیر یارا اوْلمادیغی بیزیم اۆچون آیدین‌دیر.

دوْلایؽسی‌یلا، بیری اؤلدوگٖونده اوْنون قالانلارینا "باشین/باشینیز ساغ اوْلسون" دئیَرکن، "یارانیز ساغالسین" گؤزده تۇتولور (نظرده آلینیر).




╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi 

                  ***
  #Türkcə_yazaq         
  #Türkcəni_yayqınlaşdıraq
  #Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
👍4
August 28, 2026 33