#CL #WTI #BZ #UKOIL
Neft bazarı haqqında sadəcə 2 fakt:
1. Son 20 ildir (2007-2026) neft $60-100 civarında satılıb-alınır.
2. $60-dan aşağı ABŞ neft buruqlarına sərf etmir, ona görə onlar ancaq baha olanda işləyə bilirlər. Çünki onlarda slans neftidir. Yerin dərinində yerləşir. Ona görə $60-dan ucuz olanda ABŞ neft çəkməsini azaldır və qiymətlər qısa zamanda qalxır. Çox ucuz olanda OPEC-də azaldır.
3. $100-dan da yuxarı - OPEC-ə sərf etmir. Çünki bu qiymətdən baha olanda ABŞ neft buruqları qoşulur və tam güclə işləməyə başlayır. Bu da o deməkdir ki, bazarı OPEC-dən alır. Ona görə bu zaman OPEC neft limitini qaldırır və bazara nefti tökür ki, qiymət düşsün.
Eyni zamanda ucuz neft ABŞ iqtisadiyyatına sərf edir. 1970-1980-ci illərdə baş verənləri oxuya bilərsiniz. Həmdə seçkilər gəlir noyabrda. Neft baha olsa xalq narazı olacaq. İran da bunu başa düşür digər tərəfdən.
Amma seçkiləri saymasaq, ABŞ iqtisadi müharibələr aparır, ilk növbədə Avropa və Çin ilə + Çin ilə süni intellekt rəqabəti (ona da çoxlu enerji lazımdır). Bu səbəbdən neft nə qədər baha olsa, o qədər də ABŞ-ın rəqiblərinə Avropa və Çinə ziyandır.
Bu səbəblərə görə, komfort satış zonanı #CL #WTI üçün $93-96 seçdim. #UKOIL #BZ Brent üçün $96-100.
Amma daha tez də sata bilərəm, vəziyyət düzəlməyə başlasa.
___
⚠️Yatırım tövsiyəsi deyil. Hər kəs özü qərar versin.
___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
Forwarded fromKripto Qazanc 🇦🇿🇹🇷
July 22, 2026 335