Vacib hadisələr: 1. 10-30 illik ABŞ istiqrazların faizi çox qalxdı… — Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri — TG.ME

Vacib hadisələr:

1. 10-30 illik ABŞ istiqrazların faizi çox qalxdı. Amma ABŞ bunun mənfi olduğuna görə, geri alış qərarını verdi ki, faiz azalsın. Bazar dərhal reaksiya verdi. Faiz azalanda kapital istiqrazdan çıxıb gedir digər aktivlərə pul qoyur (çünki orada daha çox qazanc əldə edə bilərlər). Bu zaman bu qızıl və kripto valyuta oldu.

Kimə maraqlıdır açıqlama:
Viktor Dvoryak izah edir ki, səbəb ABŞ-ın uzunmüddətli kreditləşmədə rəğbətini itirməsidir. 30 illik istiqrazlar üzrə faiz dərəcələri 2007-ci ildən bəri ən yüksək olan 5,33%-ə yüksəlib və 13 avqustda ABŞ 30 illik 5,216% ilə borc götürüb ki, bu da 2001-ci ildən bəri ən yüksək faizdir. İyun ayında ABŞ borcunun ən böyük sahibləri olan Yaponiya və Çin birdən-birə 72 milyard dollarlıq istiqrazları satıblar (yəni bazardan çıxıblar, bu da mənfi bir göstəricidir, çünki Çin və Yapon yatırımı ABŞ üçün ən əsas yatırım idi).

Daha sonra Xəzinədarlıq elan etdi ki, qiymət müəyyən bir səviyyədən aşağı düşərsə, köhnə istiqrazlarını geri almağa başlayacaq. Bazar dərhal reaksiya verdi, baxmayaraq ki, pulun bir qəpiyi belə xərclənməmişdi - hökumətin sərhədi çəkməsi əsas məsələ idi.


2. ABŞ dolları əsas valyutalara qarşı ucuzlaşmaqda davam edir...

Əsas media orqanlarının və bəzi böyük investisiya evlərinin sözlərinə görə, sürətlə artan milli borc (>40 trilyon dollar) və ABŞ Xəzinədarlığının dövlət istiqrazları ilə bağlı panikası milli valyutaya olan inamı sarsıdır və onlar müştərilərinə monitorinq aparırlar.

Bu baş verdikdə, pul yenidən daha çox pul qazanmağın yollarını axtarmağa başlayır.

3. İyunun əvvəlində yay tətilinə çıxan yatırımçılar indi geri qayıtdılar.

___
Bu uçuş nəyi göstərdi?

Bazar artıq dibə yaxındır. Və düşüş olsa, buna cəmi 1 ayımız var. Ola bilsin tam hərəkəti görə bilmədik. Seçkilərdən öncə bazarlar uçmalıdır. Əhali görsün ki, pul axır, hər şey yaxşıdır.

___
Nə məneə ola bilər?

• Dibin hələ çatılmadığını göstərən qlobal göstəricilər var.

• FED Faiz dərəcəsinin artma ehtimalı var. Çünki ABŞ-da inflyasiya var + bu inflasiyanı da dolların ucuzlaşması .

• Yaxın Şərq riski. Hələ də heç nə bitməyib.

• İqtisadi və Ticarət Müharibələri.

Bunlar hamısı kripto bazarını çökdürə bilər yenidən.

___
Çox vacib: Clarity Act. Hələ də qəbul olunmayıb. Bu həm bazarın müəyyən hissəsini çökdürə bilər, həm də uçurda bilər.
August 23, 2026 91