“Azərişıq” ASC-nin məlumatına görə:
➡️ Sentyabrın 4-də saat 10:00-dan 13:00-dək Yasamal rayonunda Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
● Saat 10:00-dan 15:00-dək Xətai rayonunun Kazımağa Kərimov küçəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
· Saat 01:00-dan 03:00-dək Abşeron rayonunun Masazır qəsəbəsində Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev və Əliağa Vahid küçələrinin bəzi ərazilərində planlı fasilə olacaq.
➡️ Fasilələr təmir və yenidənqurma işləri ilə əlaqədardır. İşlər başa çatdıqdan sonra ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
@bakutvxeber

