‼️Xırdalanda restoran yanıb
Abşeron rayonunun Xırdalan şəhərində restoranlardan birində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub.
Yanğın operativ şəkildə nəzarətə götürülərək qısa müddətdə söndürülüb. Görülən tədbirlər nəticəsində alovun yaxınlıqdakı mağazalara keçməsinin qarşısı alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
@bakutvxeber
1
1September 4, 2026 1.3K 1