Utanc maskası — XVI əsrdə Britaniyada icad edilmiş işgəncə… — 𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄 — TG.ME

Utanc maskası — XVI əsrdə Britaniyada icad edilmiş işgəncə alətlərindən biri.

Əslində bu maska, ərləri tərəfindən “davakar” və ya “itaətsiz” hesab edilən qadınlara taxılırdı. Maska metaldan hazırlanır və başa bərkidilirdi.

Qurğunun ön hissəsində iti metal çıxıntı yerləşirdi. Cəzalandırılan qadın danışmağa çalışdıqda bu çıxıntı onun dilinə və dodaqlarına ciddi xəsarət yetirirdi. Buna görə də belə bir maska taxıldıqda danışmaq faktiki olaraq mümkün olmurdu.

https://t.me/vehsi_qerb
😢1
September 8, 2026 249