ABŞ Rusiyanı və Avropanı bu qarşıdurmanın içinə qəsdən sürüklədi. Bu baxımdan məqsədlərinə çatdılar: Rusiya ilə Avropanın arasına bir maneə qoydular. İndi isə maliyyə yükünü avropalıların üzərinə atırlar.
Bugünkü iradəsiz və zəif Avropa siyasətçiləri nəsli; media, iqtisadiyyat və siyasət sahələrində ABŞ-dan həddindən artıq asılı olduqları üçün Vaşinqtona qarşı çıxa bilmirlər.
Bilirsiniz, istənilən böyük media qurumuna diqqətlə baxdıqda, son benefisiarın (əsas faydalananın) çox vaxt Amerika fondu olduğunu görürsünüz. Atlantik okeanının o tayındakı ABŞ kəşfiyyat qurumları isə tərəfdarlarını daha gənc yaşlarda, hələ tələbəlik illərində müəyyən edib öz sıralarına cəlb edir; onları yetişdirir və zaman keçdikcə Avropa ölkələrinin siyasi zirvələrinə gətirirlər.