Çində insanlarla Sİ-kontent istehsalçıları arasında vasitəçi rolunu… — 𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄 — TG.ME

Çində insanlarla Sİ-kontent istehsalçıları arasında vasitəçi rolunu oynayan ixtisaslaşmış platformalar yaranıb. Hər kəs bu platformaya öz şəkillərini yükləyə bilər. Bundan sonra onların görünüşü rəqəmsal kataloqa daxil edilir.

Reklam, video və xüsusən də indi Çində populyar olan mikrodram istehsalçıları əvvəllər kastinq-direktorlar aktyorları necə seçirdilərsə, indi də bu kataloqdan uyğun sifətləri seçə bilərlər. Kataloq yaş, cins, görünüş növü, hətta "qonşu qız", "maço qəhrəman" və ya "supermodel" kimi teqlər üzrə axtarış aparmağa imkan verir.

Bu halda insan aktyorluq xidməti satmır – Sİ onun yalnız görünüşündən istifadə edir, onun hərəkətlərini, mimikalarını, səsini və replikalarını özü yaradır.

Üz üçün ödənişlər tipajın populyarlığından, verilən hüquqların əhatə dairəsindən və layihələrin sayından asılı olaraq $15-dan $700-a qədər dəyişir.

Aktyorlar özlərinə başqa sənət axtarsınlar – 5 il sonra onlar işsiz qalacaqlar.

Asif Şəfəqqətov

https://t.me/Sert_Tenqid
September 8, 2026 192 1