🤔 Sosioloq Yusif Nəbiyev: "Çevik" qazidir, yaxşı.
Bəs onun söydüyü minlərlə qazi müsəlmanlar, hətta şəhid müsəlmanlar necə olsun? Onlar qazi deyil? Şəhid deyil?
Qazi olmaq bəyəm insana hər şey etməyə haqq verir?
Qazilər heç bir şeyə görə məsuliyyət daşımır?
Məsələni niyə elə qoyursunuz ki, guya bir para nadan insan qazi qədri bilməyib, qazinin zəhmətini yerə vurub və bu qazi qardaşımızı döyüb?
Onda bir başqası da məsələyə belə baxsın ki, milli qeyrəti və vətəndaş məsuliyyətli yüksək dindar fərd müsəlman şəhid və qaziləri alçaltdığı üçün Çevik ləqəbli tiktokeri döyüb.
Kimin kefi hara istəyirsə, ora çəksin məsələni?
Ona görə Çevik qazidir ya yox, məsələyə dəxli yoxdur. Onun söydüyü, alçaltdığı insanlar içində minlərlə qazi və şəhidlər var.
Siz məsələyə elə belə baxın: Ateist bir tiktoker dini dəyərləri və inanclıları mütəmadi alçaltmaqla məşğul idi. Tiktoker daha da cəsarətlənib və sərhədlərini aşıb. Nəticədə bu biyabırçılığa tab gətirə bilməyən bir inanclı vətəndaş şiddətə əl atmağa məcbur olub.
https://t.me/Sert_Tenqid

9September 6, 2026 282 2