Uzun müddətdir bu qardaşın videoları qarşıma çıxır. Hamımızın tanıdığı pəhləvan Elmin Mehdiyevdir. Bu gün Elmin təkcə Azərbaycanda deyil, mənim yaşadığım Türkiyədə də kifayət qədər tanınır. Dünyanın müxtəlif ölkələrində videoları milyonlarla insanın qarşısına çıxır. Hətta insanlar uzaq yollar qət edib onun yaşadığı yerə, evinə qədər gələrək onunla görüşür, ondan müsahibə alırlar. Amma Elminə baxanda məni onun gücündən, pəhləvanlığından daha çox təsirləndirən başqa bir şey var. Bu boyda, bu qədər iri cüssənin içində sanki balaca bir uşağın ürəyini daşıyır. O qədər həssas, sadəqəlbli, səmimi və təmiz adam təsiri bağışlayır ki, mənə onun insanlığı ayrıca ləzzət edir. Uzun müddətdir izləyirəm, indiyə qədər bir dəfə də ağzından söyüş, kiməsə qarşı kobudluq və ya təkəbbürlü bir ifadə eşitməmişəm. Güclüdür, amma gücünün arxasında çox sakit və həssas bir ürək var. Pəhləvanlar çoxdur, pəhləvanlar gələr, pəhləvanlar gedər. Onların hər biri də uğurları ilə bizim qürur mənbəyimizdir. Amma hər güclü adamın içində belə bir ürək olmur. Məncə, Elmini insanlara sevdirən təkcə qollarının gücü, iri cüssəsi deyil — o böyük bədənin içində qoruyub saxladığı o balaca uşaq ürəyidir. İstədim mən də bu qardaşımız haqqında gördüyüm bu gözəl xüsusiyyətləri dilə gətirim. Allah yolunu açıq, ürəyini də həmişə belə təmiz saxlasın. #elminmehdiyev
Sabir Cabirzadə
Tanınmış Müsəlmanlar

22September 7, 2026 240 1 1