⚡️Azərbaycanda keçirilən sorğuya əsasən respondentlərin ümumilikdə 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir.
● 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı 91,2% təşkil edir. Həmin respondentlərin 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib.
● Sorğunun nəticələrinə əsasən, respondentlərin ümumilikdə 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir.
● Sorğu iştirakçılarının 87,5%-i hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onların təhsil və tərbiyəsinə mənfi təsir göstərir.
● Respondentlərin 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edir.
● Sorğu Medianın İnkişafı Agentliyi tərəfindən 25 iyul – 2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib.
● Sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.
