Səhər məktəbə gedirik (piyadadır yolumuz) və yolda uşaqların… — Asya Rovshen — TG.ME

Səhər məktəbə gedirik (piyadadır yolumuz) və yolda uşaqların valideynləri ilə söhbətlərini dinləyirəm.

Bir uşaq valideyninə “işə getmə, mənlə qal, çox darıxıram” deyir. Valideyni isə “işi atsam gərək səni də atım , kim pul qazanacaq və sənə baxacaq?” Deyir…

Ah…. Əslində necə də hər şey seçimlərimizlə ölçülür və qurulur bu həyatda!

Zamanında “ya iş, ya qadınlıq, ya istirahət, ya ailə” proqramını ləğv etdiyim üçün o qədər xoşbəxtəm ki! İndi iş saatlarımı özüm tənzimləyirəm, iş vaxtı çoxusu qızımla oluram, işim onsuzda qadınlığımı dəstəkləyir və ən böyük yatırımları öz emosiyalarıma etməyə kömək edir və işimin içində səyahətlər də var!🌞🧡

Amma bir çox insan sadəcə öz duyğularının ona gətirdiyi seçimlərlə limitləyir özünü.. başqa cürəsi mümkündür deyə baxmaq belə istəmir. Axı öyrəşilməmiş olan təhlükəlidir…

Bu gün 01.10 tarixində səhər oyandım, GPT finansal planlamama böyük bir avtomatik analiz göndərdi hər ayın başlanğıcında olduğu kimi (Rifsh proqramında bunu da öyrədəcəyəm).

Planlamama baxıb sadəcə düşünürəm ki, 30 yaşında bu nöqtəyə çatmaq üçün necə böyük əmək vermişəm! Və əməyin əsas hissəsi əlbəttə özünüproqramlama olub🧡💌

Möcüzə yoxdur…sadəcə bir şeyi anlamaq yetərlidir: “həyatımızı seçimlərimiz ssenariləşdirir, seçimlərimizi emosional fonumuz idarə edir, emosional fonumuzu isə proqramlarımız yaradır”. Deməli, proqramlarla işləmək ən ağıllı seçim və yatırımdır🤝
❤29❤‍🔥6🔥5🕊3🥰1💅1🆒1
October 1, 2026 1.7K