“1-ci həyat səviyyəsində olanlar da Prime Era-ya qatıla bilər?”
Bəli. Amma “yalançı yorğunluq”dan çıxa bilmisinizsə!
Çünki biz burada nəticədən əvvəl gələn kimliklə işləyəcəyik.
Bəzən insan deyir:
“Əvvəl pulumu düzəldim, sonra özümlə işləyərəm.”
“Əvvəl münasibətim olsun.”
“Əvvəl özümə güvənim gəlsin.”
“Əvvəl həyatımı bir az yoluna qoyum.”
Amma məsələ ondadır ki, bütün bunları quran da elə sənin kimliyindir.
Əgər daxilində rədd edilmək qorxusu varsa, seçimlərini onun içindən edirsən.
Utanc varsa, özünü kiçildirsən.
“Yaxşı qız” proqramı varsa, arzularını senzura edirsən.
Hər şeyi tək etməli olduğuna inanırsansa, dəstəyi qəbul edə bilmirsən.
Ona görə hansı “həyat səviyyəsində” olmağından daha vacib sual budur:
Mən indiki versiyamın yaratdığı həyatın içində qalmaq istəyirəm, yoxsa başqa bir versiyamla tanış olmağa hazıram?
İkincidirsə: bəli, Prime Era sənə də uyğundur.
7
2September 4, 2026 310 2