Səcdəgah etmişdi eşq əhli qaşın mehrabını,
Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz. ( Həkim Məhəmməd Füzuli )
#Məscid #Əştərçan #İsfahan şəhərindəki Cümə məscidinin heyrətamiz mehrabı, şübhəsiz ki, dünyanın ən gözəl mehrablarından biridir və Təbrizli memarların əsərlərindən hesab olunur.
Bu tikili 715-ci hicri / 1315-ci miladi ildə iki təbrizli memar və sənətkar tərəfindən inşa edilmişdir. Binanın şimal girişinin üzərindəki kitabəyə əsasən, məscidin memarı və kaşı ustaları Ustad Əhməd ibn Məhəmməd və Hacı Məhəmməd Qəttai Təbrizi olmuşdur.
Bu abidə Elxanilər dövrünün möhtəşəm memarlıq nümunələrindən biridir. Məscidin xarici görünüşünə diqqətlə baxdıqda firuzəyi rəngli kaşı işləmələrini görmək mümkündür. Bu rəng son dərəcə valehedicidir.
Firuzəyi rəng, yəni turkuaz, türk memarlığında xüsusi və mühüm yer tutur. Bunun ən möhtəşəm nümunələrindən biri Təbrizdəki Göy məsciddir. Elxanilər dövrünə aid olan bu abidə "İslam dünyasının firuzəsi" ləqəbi ilə tanınır.
🇦🇿Bizi izləyin: t.me/MutluTurkum


