📢 Qrup Reytinqi Mükafatları Gəlir!
Qruplar arasında rəqabəti artırmaq və aktiv icmaları daha çox mükafatlandırmaq üçün Aylıq və Həftəlik Qrup Reytinqləri əlavə olunur.
🏆 Aylıq Qrup Reytinqi
Hər ay Top 5 qrup arasında ümumilikdə 300 💎 paylaşdırılacaq.
⚡ Həftəlik Qrup Reytinqi
Hər həftə Top 5 qrup arasında ümumilikdə 50 💎 paylaşdırılacaq.
---
💎 Mükafatlar necə istifadə olunacaq?
Qazanılan kristallar avtomatik olaraq iki hissəyə bölünəcək.
🏅 Top Qruplar balansı (50%)
Bu balans qrupun bot daxilində tanıdılması üçün istifadə olunur.
Balans artdıqca qrup:
• 📢 /start bölməsində,
• 👤 /profile bölməsində
Top Qruplar siyahısında daha yüksək mövqedə görünəcək. Bu da qrupun daha çox istifadəçi tərəfindən kəşf edilməsinə və yeni üzvlər qazanmasına kömək edəcək.
🎁 Oyun sonu mükafat balansı (50%)
Bu balans qrup daxilində keçirilən oyunlar üçün nəzərdə tutulub.
Bot hər oyunun sonunda qaliblərə avtomatik olaraq bu balansdan 💎 kristal hədiyyə edəcək. Balans artdıqca oyunçular da daha çox mükafat qazana biləcəklər.
---
✅ Yeni sistemin üstünlükləri
✔️ Aktiv qruplar hər həftə və hər ay əlavə mükafat qazanacaq.
✔️ Qruplar bot daxilində daha çox tanıdılacaq və yeni üzvlər cəlb edə biləcək.
✔️ Qrup oyunlarının qalibləri əlavə 💎 kristallar əldə edəcəklər.
✔️ Qrup rəhbərləri və üzvləri birlikdə aktiv olduqca həm qrupun tanınması, həm də oyun sonu mükafat fondu artacaq.
🎭 Qrupunuzu aktiv saxlayın, reytinqdə yüksəlin və birlikdə daha çox 💎 qazanın!
3August 1, 2026 254 1

