Yeni Rollar - Gün ərzində aktiv olacaq ⚠️ Qeyd: Bu yenilənmə hazırda… — Mafia News 🇦🇿 — TG.ME

🆕 Yeni Rollar - Gün ərzində aktiv olacaq

⚠️ Qeyd: Bu yenilənmə hazırda yalnız yeni sistem botlarına aiddir.

@CombatMafia2Bot,@IdealMafia2Bot,@MafiaSOBot

💰 Soyğunçu

Sən — 💰 Soyğunçusan! Mafiya tərəfindəsən və əsas məqsədin oyunçuların pullarını oğurlayaraq varlanmaqdır.

💵 Pul oğurla: Hər gecə seçdiyin oyunçudan təsadüfi olaraq 70, 80, 90 və ya 100 dollar oğurlayırsan.

⚠️ Əgər hədəfin balansında kifayət qədər pul yoxdursa, mümkün olan məbləğ avtomatik olaraq oğurlanacaq.

🤓 Xain

Sən — 🤓 Xainsən! Vətəndaş tərəfindəsən və gizli casus kimi təhlükəli rolları ifşa edirsən.

🕵️ İfşa et: Hər gecə bir oyunçu seçirsən. Əgər həmin oyunçu Don, Mafiya rolundadırsa, onun rolu bütün oyunçulara açıqlanır.

📢 Diqqət: İfşa zamanı yalnız hədəfin rolu deyil, sənin də Xain olduğun açıq şəkildə göstərilir. Bu bacarıq kimliyini gizli saxlamır.

🛍 Satıcı

Sən — 🛍 Satıcısan! Müstəqil rolsan və məqsədin ticarət edərək qazanc əldə etməkdir.

🤝 Təklif et: Hər gecə bir əşya seçərək onu istədiyin oyunçuya mağaza qiymətinin 50%-i ilə təklif edə bilərsən.

💳 Hədəf bu təklifi qəbul edə və ya rədd edə bilər.

🏆 Qələbə: Oyunun sonunda sağ qalsan və ya oyun ərzində ən azı 1 uğurlu satış həyata keçirsən, qalib sayılırsan. Satış baş tutubsa, sonradan ölsən belə qələbə sənin hesab olunur.

⚙️ Qeyd: Bu rolların hər birini qrup Ayarlar bölməsindən ayrıca aktiv və ya deaktiv etmək mümkün olacaq.

Əlavə yenilənmə: Komanda modlarını artıq Random və ya Komandaya uyğun qoşulmaq mümkündür
July 30, 2026 112 1