Şar və Axirət! 🎈
«Uşaq olanda, parkda bir şar satanın rəngbərəng şarlarına heyran-heyran baxırdım.
Kişi, gözlərimdəki həvəsi oxudu.
Gülümsədi, yaxınlaşdı və dedi:
– Şar istəyirsən?
Sevincdən başımı tərpətdim.
Diz çökdü, əlimə bir şar verdi və yavaşca dedi:
– İndi şarın əvəzinə, o iki bilərziyini mənə verərsən?
O qədər sevincliydim ki, nə etdiyimi başa düşmədim.
Bilərzikləri əlimdən çıxardı!
Bir neçə saniyə sonra, kişi yoxa çıxmışdı.
Mən qalmışdım tək, bir şar ilə!
Və yaralı bir əllə!
Və nəfəsimi kəsən bir hıçqırıqla.
Elə bu anlarda atamı gördüm.
Heç vaxt atamı o an tapıb qucağına atıldığım qədər böyük görməmişdim!
Yaralı biləyimi öpüb gözlərində yaş dolanda, onda anladım “ata” nə deməkdir?
Şarı buraxdım...
Əlimi möhkəmcə onun əlinə qoydum və sakitcə dedim: Ata! Bir daha heç vaxt əlini buraxmayacağam.
✨Ya Sahibəz-Zaman...
Dünya şar satanlarla doludur!
Biri imanımızı istəyir!
Biri ağlımızı!
Biri həyanı!
Biri rahatlığı!
Biri isə bütün ömrümüzü!
Hamısı mallarını gülüşün
və gözəl rənglərin arxasında gizlədib, əvəzində isə dinimizi, imanımızı və sonsuz axirətimizi oğurlayırlar! Bütün varımız olan axirətimizi!
❗️Biz də bəzən dünyanın rəngbərəng şarlarına o qədər dalırıq ki, nə verdiyimizi və hansı malı aldığımızı unuduruq.
Özümüzə gələndə isə nə şardan xəbər var, nə də rahatlıqdan...
Sadəcə yaralı əllərlə
və təhlükəsiz bir sığınacaq arzulayan bir ürəklə qalmışıq.
✨Ya Sahibəz-Zaman!
Problemimiz sığınacağımızın olmaması deyil!
Problemimiz bir atamız olduğunu unutmağımızdır!
Unuduruq ki, demişdilər:
“İmamınızın əlini buraxmayın.”
Unuduruq ki, dünyanın şarları,
rəngləri var, amma etibarları yoxdur.
Unuduruq ki, hər dəfə sizdən əl çəkəndə, əlimiz dünyanın fırıldaqçılarının əlinə düşüb.
Və hər yaralananda təzədən xatırlayırıq...
Ata, həmişə orada dayanıb; gözləyir ki, bir daha əlimizi onun əlinə qoyaq!
Problem budur ki, unuduruq:
“O var!”
#həkimanə
https://t.me/https_keskul_keskul