🇦🇿🔴 Umbakıda daha üç siyasi məhbus karsa salınıb – içməli su etirazına görə cəzalar ardıcıldır
Avqustun 21-də Umbakı Penitensiar Kompleksində Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov, “Toplum TV” jurnalisti Fərid İsmayılov və DTİ əməkdaşı Ramil Babayev cərimə kamerasına (kars) salınıblar.
Onların cəzalandırılmasına səbəb avqustun 19-da “Toplum TV işi” üzrə həbs olunmuş Ruslan İzzətli və Əli Zeynalın karsa salınmasına etiraz etmələri olub. Qeyd edək ki, İzzətli və Zeynal Umbakıda içməli su probleminə etiraz etdikləri üçün cərimə kamerasına göndərilmişdilər.
“Toplum TV işi” üzrə məhkum olunan Araz Əliyev Meydan TV-yə bildirib ki, hər üç şəxsə 5 günlük kars cəzası verilib. Müddətin belə müəyyənləşdirilməsinin səbəbi onların Ruslan İzzətli və Əli Zeynalla eyni gündə karsdan çıxmasının nəzərdə tutulmasıdır. Qeyd edək ki, İzzətliyə 7 gün, Zeynala isə 6 gün kars cəzası verilib.
Xatırladaq ki, “Toplum TV işi” üzrə həbslər 2024-cü ilin martında başlayıb. 2026-cı il iyulun 27-də iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Akif Qurbanov 15 il, Ramil Babayev 13 il, Fərid İsmayılov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər ittihamları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.
Tərəflərin mövqeləri:
· Məhbuslar və yaxınları: Karsa salınma içməli su kimi əsas insan hüquqlarının pozulmasına etirazın nəticəsidir. Penitensiar sistemdə ixtiyarsızlıq və siyasi təzyiq davam edir.
· Penitensiar Xidmət: Məsələyə münasibət bildirməyib.
· Rəsmi qurumlar: Ölkədə siyasi həbslərin olduğunu təkzib edir, məhbusların konkret cinayət əməllərinə görə cəzalandırıldığını bildirirlər.
🌐Bizi daha yaxından izləyin:
https://t.me/mbh_avropanumayendeliyi
https://www.facebook.com/share/1HYV7jnkpa/
https://youtube.com/@haqqinnebzi?si=O8rVevBlvlaL6Bsc