XƏBƏR AZƏRBAYCAN 🇦🇿: post #56202 — TG.ME

Bakıda qanunsuz mərc oyunları təşkil edən 3 nəfər saxlanıldı

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənov saxlanılıb.

Araşdırma zamanı onların fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən edilib.

Paytaxtda icarəyə götürdükləri mənzildə qanunsuz fəaliyyət üçün istifadə olunan texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul aşkarlanıb.

İstintaq zamanı dəstə üzvlərinin bu platformalardan əldə etdikləri külli miqdarda vəsaiti müxtəlif yollarla leqallaşdırdıqları da müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

@xebervar
❤5👍5