Erməni yazıçısı Zori Balayan ölüb. Qeyd edək ki, Zori Balayan… — xeber1.az — TG.ME

❗️Erməni yazıçısı Zori Balayan ölüb.

Qeyd edək ki, Zori Balayan Azərbaycana qarşı ərazi iddiaları, separatçılığın əsas ideoloqlarından biri olub.

O, Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından biridir. Balayan "Miatsum" ("birləşmə") şüarının müəlliflərindən biridir.

Balayan 1980-ci illərin əvvəllərində yazdığı, Azərbaycana qarşı separatçılığı təbliğ edən "Ocaq" əsəri ilə məşhurlaşıb.

Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi, Xocalı soyqırımının əsas təşəbbüskarlarından biri olub.
April 5, 2026 1.4K 3