Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və… — XəbərAz — Operativ Xəbərlər — TG.ME

🚨 Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və qanunsuz silah gəzdirən şəxs - əvvəllər məhkum olunmuş Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir ədəd daraq və 24 ədəd patron aşkar edilib. Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
March 10, 2023 2.6K 2