İki min iyirmi dördüncü ilin fevralında Təbrizdə IV muğam müsabiqəsi… — آموزشِ مجازیِ تارِ آذربایجانی — TG.ME

İki min iyirmi dördüncü ilin fevralında Təbrizdə IV muğam müsabiqəsi keçirilmişdir. Bu tədbir Güney Azərbaycanımızın mədəniyyətini yaşatmaq baxımından yəqin ki dəyərlidir və bu yolda çalışan hər kəsə çox sağ olun deyirəm.

👉👉👉 Tar alətində "doqquz-on yeddi" yaşlı iştirakçılar arasında münsiflər heyəti qalibləri aşağıdakı kimi təqdim edib:
birinci yer: Mani Babayi və Əlirza Tağızadə, ikinci yer: Babək Rövnəq və Sara Lütfi, üçüncü yer: Sarin İbrahimi və Elyar Murtazavi.

👌👌👌 Şübhəsiz ki, Bu müsabiqələrdə qalib gələn və ya qalib olmayanların hamısı bizim övladlarımızdılar və gələcəyimizin musiqi xəzinələri hesab olunurlar.

👉👉👉 amma bu arada Sara Lütfi xanımla Babək Rövnəq Elyar Murtazavidən üstündür, və ya xanım Sarin Ibrahimi ilə Elyar Murtazavi eyni səviyyədədir, mən bu məsələ ilə razılaşa bilmirəm.

👉👉👉 Güney Azərbaycanda çalışan bir tar müəllimi kimi böyük ustadlarımızdan xahiş edirəm ki bu dörd nəfərin ifasını dinlədikdən sonra onları birdən dördə qədər sıralasınlar.

Yuxarıdakı Videoların sırası:
1. Xanım Sarin Ibrahimi
2. Cənab Elyar Mürtəzəvi
3. Cənab Babək Rovnəq
4. Xanım Sara lütfi
March 26, 2024 3.1K