Səhəri möhtəşəm xəbərlə açaq: 🇦🇿Sabirabaddan 🇬🇧Oxford’a gedən… — Azərbaycan Universitetləri — TG.ME

💣Səhəri möhtəşəm xəbərlə açaq:

🇦🇿Sabirabaddan 🇬🇧Oxford’a gedən təhsil yolu..

🔴O, Ruslan Mirzəliyevdir. Məşhur Offside səhifəsinin yaradıcısı. Bir zamanlar maraqlı futbol caps’ları hazırlamaqla məşhurlaşan Ruslan daha sonra karyera və təhsil pillələrində sıçrayış etdi.

📌Sabirabad rayonu 2 saylı orta məktəbin məzunu.

👨‍🎓Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə ixtisasının 2009-cu ildə bakalavr, 2012-ci ildə magistr məzunu olub.

👨‍💻İntellektual oyunlar üzrə televiziya layihələrinin qalibi olub. (Brain ring; Nə? Harada? Nə zaman? və s.)

⚡️2021-ci ildə başlayan ilk Yüksəliş müsabiqəsinin qalibidir.

🔖Hazırda 1 saylı Bakı DOST Mərkəzinin direktorudur.

💥Dövlət Proqramının qalibi olaraq təhsilini dünyanın ən yaxşı 5 universitetindən biri olan məşhur Oxford Universitetində davam etdirəcək.💫

Uğurlar, Ruslan!💢
August 13, 2026 4.8K 3 1