📌 QARDAŞININ EHTİYACI OLUB SƏNƏ ƏL AÇMASINDAN ÖNCƏ, SƏN ONUN HALI HAQQINDA MARAQLAN!
Sələflərdən bir kişi dostunun evinə gəldi. Dostu qapıya çıxdı və ondan nə üçün gəldiyini soruşdu.
➖O dedi; Mənim dörd yüz dirhəm borcum var və onu ödəməyim lazımdır. O, evə girdi və dörd yüz dirhəmi gətirib həmin kişiyə verdi. Sonra isə ağlayaraq evə qayıtdı.
➖Bu zaman zövcəsi ona dedi; Əgər sənin həmin kişiyə pul verməyin sənə ağır gəlirdisə nə üçün üzürxahlıq etmədin və onu verməkdən boyun qaçırmadın?
➖ O dedi: "Xeyr! Mən ona görə ağlayıram ki, nə üçün O mənə əl açmazdan əvvəl, özüm onun halı haqqında maraqlanmamışam?!
📚 Ət-Təbsira 2\263
©️ https://t.me/sunneyedogru
1September 2, 2026 107