Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət olunur ki… — Sünnəyə Doğru | السنة — TG.ME

Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Rəsulu ﷺ buyurdu:

«Günlər öz görkəmlərində həşir olunacaqlar. Cümə günü isə parlaq və nurlu halda həşir olunacaq. Onun əhli onu, gəlinin öz otağına aparıldığı kimi, əhatə edəcək və o, onlar üçün işıq saçacaq. Onlar onun nuru ilə yeriyəcəklər. Rəngləri qar kimi ağ, qoxuları isə müşk kimi olacaq. Kafur dağlarının içindən keçəcəklər. İnsanlar və cinlər onlara baxacaqlar. Heyrətdən gözlərini belə qırpmayacaqlar. Nəhayət, Cənnətə daxil olacaqlar. Onlara yalnız savabını Allahdan umaraq azan verənlər qoşulacaqlar.»

📚Sahih ət-Tərğib vat-Tərhib 698 Şeyx Albani “Həsən” hesab etmişdir. Ət-Təbərani və İbn Xuzeymə Səhih əsərində rəvayət etmişdir

©️https://t.me/sunneyedogru
👍6
August 28, 2026 129 1