🤢Ən Pis Qoxulu Meyvə
Durian meyvəsi xarici qabığının pis qoxusuna görə dünyanın ən pis qoxulu meyvəsi kimi tanınır. Cənub-Şərqi Asiyada yetişdirilən durian meyvəsi bəzi bölgələrdə “cənnət və cəhənnəmin meyvəsi” kimi də tanınır. Bunun səbəbi tikanlı qabığının, pis qoxusunun cəhənnəmə, dadı və faydasının isə cənnətə bənzədilməsidir. Asiyada bütün otel və bir çox restoranlarda kəskin qoxusuna görə meyvədən istifadə qadağan olunmuşdur. Hazırda Azərbaycan üzrə satış qiyməti: təqribən 3 kiloluq 1 ədədi 70 manatdır.
@studywithourteam

May 26, 2026 473