Psixologiya deyir ki, bu 6 qaydanı anlarsansa, lider sən olarsan:
1️⃣Qərarlı cümlələr qur: “Fərq etməz”, “Bilmirəm” kimi ifadələr liderliyi öldürür. Kiçik qərarları belə aydın şəkildə söylə: “Buraya keçək”, “Bunu belə edək.” Liderlik kiçik, aydın qərarlarla başlayır.
2️⃣Az danış, doğru danış: Çox danışan insan nəzarətsiz görünür. Qısa cümlə, aydın mesaj, düzgün ton. İnsanlar səni anlamaq üçün deyil, izləmək üçün baxır.
3️⃣Sərhəd qoy, güzəştə getmə: Bir şeyi istəmirsənsə, yumşaltmağa çalışma. Aydın ol. Sərhəd qoyan insan ciddiyə alınır, ciddiyə alınan insan lider olur.
4️⃣Duyğunu idarə et, reaksiyanı gecikdir: Qəzəblə cavab vermə, incikliyini partlayışa çevirmə.Bir neçə saniyə dayan,sonra danış. Soyuqqanlılıq liderliyin onurğasıdır.
5️⃣Əməlinlə etibar yarat:Söz deyil, ardıcıllıq önəmlidir.Verdiyin sözü tut,gecikmə,yarımçıq qoyma. İnsanlar deyəni deyil,edəni izləyir.
6️⃣Diqqəti yayma,fokusunu qoru: Hər kəsi razı salmağa çalışan, hamının altında qalır. Prioritetlərini bil, lazımsızı kəs.
@studywithourteam

2May 26, 2026 226