İnsanları Dəli Edən Kitab "Nekronomikon” adlı kitab, Əl Həzrət adlı… — 𝐿𝑒𝒶𝓇𝓃 𝓌𝒾𝓉𝒽 𝓊𝓈🇮 | 𝑀𝑜𝓉𝒾𝓋𝒶𝓉𝒾𝑜𝓃 — TG.ME

😳İnsanları Dəli Edən Kitab

"Nekronomikon” adlı kitab, Əl Həzrət adlı ərəb səyyah tərəfindən eramızın 70-ci illərində Şamda yazılıb. Nəşrin orijinalı heç vaxt tapılmasa da, müəyyən bir qisminin yazılı olduğu halı günümüzə qədər gəlib çatıb. Kitabı qeyri-adi edən xüsusiyyəti isə oxuyucularına qorxunc fikirlər aşılaması, qaranlıq yazıları ilə insanı dəliliyə və hətta intihara aparacaq qədər gücə sahib olmasıdır. Kitabda insanların dünyaya gəlməzdən öncəki dönəmi, ruhlar aləmi ilə əlaqə, ölüləri hərəkətə gətirməklə bağlı yazılar və s. öz əksini tapıb. Kitabda həmçinin gələcəyi görməyin yolları izah olunduğu üçün, ekstrasenslərin həmin kitabdan bəhrələndiyi deyilir. Oxuyanların necə dəli olması mövzusuna gəldikdə, kitabın bildiyimiz, inandığımız hər şeyi rədd etməsi, reallığın çox fərqli və bəlkə də çox mərhəmətsiz olması insanları şoka salır və bu səbəbdən onlarda psixoloji problemlər müşahidə olunur.

📚 @studywithourteam
February 6, 2026 844 2