Qələbəmi Azərbaycan xalqına həsr edirəm
Bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli deyib.
60 kq çəki dərəcəsində uğura imza atan pəhləvan ikinci dəfə Avropa çempionatının qızıl medalını qazandığı üçün xoşbəxt olduğunu söyləyib:
“Şükürlər olsun ki, istəyimə çatdım. Yarışdan əvvəl özümü qızıl medal qazanmağa kökləmişdim. Finaldakı rəqibim olduqca təcrübəli idmançı idi. Buna baxmayaraq, layiqli çıxış edərək qalib gəlməyi bacardım. İnşallah, dünya çempionu olmaq mənə nəsib olar".

991
412
372
310
67
17
12
10
7
6April 16, 2025 21.5K