Həyat bir silsilədir; Bir fəsil başqa fəsil üçün bir fasilədir. (Əbu… — Son Ümid — TG.ME

Həyat bir silsilədir; Bir fəsil başqa fəsil üçün bir fasilədir. (Əbu Turxan)

İndi geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir. (Tur Xander)

İnsan gələcəyə öz keçmişinin çiynində gedir. (Əbu Turxan)

İnsan gələcəyini də bu gün yaşayır. (Əbu Turxan)

İnsan oğlu hər gün çarmıxa çəkilir; keçmiş ayaqları pərçimləyir, gələcək isə əllərindən tutub dartır. (Əbu Turxan)


https://t.me/son_umidd
July 24, 2026 942 2