Xəbər bloku: 🚀 Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk… — Şəbəkə — TG.ME

📺 Xəbər bloku:

🚀 Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk bölgəsindəki sənaye zavoduna zərbə endirib, 4 ölü, 5 yaralı var.

🚀 İranın Xark adasında neft tankerinə ABŞ qüvvələri tərəfindən raketlə hücum edilib.

⚒️ Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. Aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında təşkil olunacaq.

🚊 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti məhsul partiyası göndəriləcək. Tədarükə 355 ton buğda, 180 ton gübrə və 138 ton taxta daxildir.

🚊 Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq. 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

🏊 Bakıda "ALUFAR IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı start götürüb. Yarışlarda 62 ölkədən 1500-dən çox idmançı iştirak edir. Azərbaycan 123 idmançı ilə təmsil olunur.

🇹🇷 Bakıda Şanlıurfanın tarixi və mədəni irsini tanıtmaq məqsədilə İçərişəhər ərazisində "Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri" adlı tədbir keçirilir. Tədbir gün və sabah davam edəcək.
❤7
September 5, 2026 1.1K 3 1