Onlar məni asarlar” ❗️ 🗞️ “The Economist” maraqlı məqalə dərc edib… — Şəbəkə — TG.ME

❗️Onlar məni asarlar” ❗️

🗞️ “The Economist” maraqlı məqalə dərc edib.

✍️ Qeyd olunur ki, Putin müharibənin dalana dirənməsi fonunda yeni eskalasiyaya gedə bilər.

📍 Strateji tupikə dirənən Kreml müharibənin heç olmasa minimal qələbə hekayəsi olmadan başa çatmasından ehtiyat edir.

Minimal uğur da məsələn, Donbasın tam işğal olunması sayıla bilər.
 
❗️ Bu baş vermədən müharibənin başa çatması həm hökumət, həm də Putinin həyatı üçün təhlükə yaradır.

‼️ Gizli mənbənin məlumatına görə, şəxsi söhbət zamanı Putin köməkçilərindən birinə deyib ki, “uğursuzluq olarsa, onlar məni asar”.

🇷🇺 Rusiya daxilində müharibə yorğunluğu da artıb. “Levada” mərkəzinin son sorğularına görə, əhalinin 57%-i ölkədəki vəziyyətdən narazıdır.
 
🗣️ Adı açıqlanmayan məmurlardan biri nəşrə bildirib ki, müharibənin 5 il uzanması nəticədən asılı olmayaraq artıq məğlubiyət kimi görünür.
👍24❤3
August 31, 2026 1.6K 1