🔊BAKALAVRİAT SƏVİYYƏSİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Sumqayıt Dövlət Universitetinə qəbul olan abituriyentlərin sənəd qəbulu 28 avqust-6 sentyabr tarixlərində onlayn formada aparılacaq:
2024/2025-ci tədris ilində Sumqayıt Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olub, “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə onlayn formada qeydiyyatdan keçməlidirlər.
Onlayn formada qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısı:
1. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) surəti;
2. Təhsil haqqından azad olan imtiyazlı şəxslər üçün müvafiq sənədlərin surətləri.
Qeydiyyatı təsdiqlənmiş abituriyentlər aşağıda göstərilən sənədləri SDU-ya gələn zaman müvafiq fakültələrə təqdim etməlidirlər:
1. Şəxsiyyəti təsdiq edən sənədin 3 ədəd surəti;
2.Tam orta təhsili başa vurma haqqında sənəd (attestatın əsli) (subbakalavrlar üçün diplomun notarial qaydada təsdiq olunmuş surəti və ya arayış);
3. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd - ağ bilet (oğlanlar üçün);
4. 4 ədəd 3x4 sm ölçülü rəngli fotoşəkil;
5. Tibbi arayış (Yalnız “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasına qəbul olmuş abituriyentlər üçün tələb olunur);
7.Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələrin müvafiq sənədləri notarial qaydada təsdiq olunmuş surətləri.
Qeyd: Ödənişli əsaslarla təhsil alacaq tələbələr illik təhsil haqqının minimum yarısını ödəməlidir.
❗️DİQQƏT
http://portal.edu.az – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.
Təhsil tələbə kreditinə müraciət etmək istəyən abituriyentlərin diqqətinə:
Standart təhsil tələbə kreditinə qəbul balı 250 və daha yuxarı olanlar müraciət edə bilər. Standart təhsil tələbə krediti əldə etmək üçün illik təhsil haqqının 20 faizi tələbə tərəfindən mütləq ödənilməlidir.
📌QEYD
Qeydiyyatla bağlı problem yaranarsa, SDU Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərsiniz.
Tel: (018)6422033
İmtiyazlarla bağlı:
Baş hüquqşünas
Tel: (050)5542539
August 25, 2024 3.1K 11